Şirvan sakinləri narazılığı pik həddə çatıb
Bu gün respublikamızın bir çox rayon və şəhərləri ilə müqayisədə Şirvan şəhəri müstəsnalıq təşkil edir. Ancaq çox təəssüflər olsun ki, elə məmurlarımız da var vəzifələinin məsuliyyətini dərk etmirlər. Çox təəssüflər olsun ki, məmurlarımızın bu hərəkəti xalqda ölkə rəhbərliyinə qarşı antipatiya yaradır. Bir neçə gün bundan əvvəl Şirvan şəhər sakinlərinin kiçicik bir problemini işıqlandırdıq. Düşündük ki, yəqin şəhər administrasiyası bu halla bağlı qanuni tədbirlər görərək sakinləri razı salar.
Əfsuslar olsun ki, elektron ünvanımıza olunan müraciətlər bunun tam əksini deyir. Belə ki, qanuna müvafiq olaraq yolun hərəkət istiqamətlərində sərnişinlər üçün iki dayanacaq nəzərdə tutulub. Bu dayanacaqlardan hal-hazırda hər ikisi də fəaliyyət göstərir. Ancaq dayanacağın biri Ev Alqı-Satqısı ofisi kimi digəri isə dayanacaq kimi fəaliyyətdədir. İctimai nəqliyyatdan istifadə edən şəhər əhalisi artıq dayanacağın birindən istifadə edə bilmir.
Bu dayanacağın kim və yaxud kimlər tərəfindən satılması bizim maraq dairəmizdə deyil. Bizi maraqlandıran təkcə kasıb təbəqənin yağmurlu boranlı havalarda harda dayanıb nəqliyyat gözləməsi problemidir. Vetenperverler.az olaraq real vəziyyətin video görüntülərini sizlərə təqdim edirik.