azia.az
azia.az

"SPACE TV" kanalı Aprel Şəhidimizin ruhunu incitdi-FOTO & VIDEO

10-04-2017, 10:55

"SPACE TV" kanalı Aprel Şəhidimizin ruhunu incitdi-FOTO & VIDEO

Məlumat olaraq bildiririk ki, 06 aprel 2017 ci il tarixdə Suraxanı rayonunda yerləşən 327-saylı Tam Orta Məktəbdə Aprel Şəhidlərimizdən olan Əzizzadə Xaliq Həsən oğlunun və Quliyev Mahir Qədir oğlunun qəhrəmanlıq səlnamələrindən bəhs edən tədbir keçirilmişdir. Bu tədbirə Vetenperverler.az olaraq biz də dəvət olunmuşduq. Bizimlə bərabər bir çox nətbuat və televiziya nümayəndələri də dəvət olunmuşdular. "Space TV" əməkdaşları tədbirin televiziyada işıqlandırılması üçün sona qədər çəkilişlər etdi. Lakin çox təəssüflər olsun ki, iki Şəhid övladımızın xatirəsinə hazırlanmış tədbirin çəklişlərini aparan "Space TV" kanalı, 08 aprel "HƏR Gün" Xəbərlər proqramında bu tədbiri işıqlandırsada Əzizzadə Xaliq Həsən oğlu barədə nə bir kəlimə məlumat nə də Şəhidin valideyinlərinin çıxışını işıqlandırmadı.

Bu verlişin ölkəmizin hüdudlarından kənarda yayımlandığını düşünsək, izləyicilərdə belə bir sualın yaranması mütləqdir. Görəsən Mahir Quliyevlə şəkili yanaşı qoyulan Şəhid kimdir? Bu qədər açıq aşkar şəkildə Şəhidimizə biganəlik olarmı? Tədbirin ərsəyə gəlməsində zəhmətləri olan 327-saylı Məktəbin və balaca ürəyində böyük vətənpərvərlik yanğısı ilə verlişə aparıcılıq edən məktəbin şagirdi Nəcəfova Ləmanın zəhmətləri də "SPACE TV" kanalının xəbərlər verlişi tərəfindən işıqlandırılmamışdır. Vetenperverler.az kollektivi olaraq biz bu tədbiri bacardığımız qədər işıqlandırdıq.

Lakin milyonlarla tamaşaçı kütləsinə sahib olan bir Televiziya kanalından xalqımızın qəhrəmanlıq tarixinə adlarını qızıl hərflərlə yazmış Aprel Şəhidlərimizdən olan Əzizzadə Xaliq Həsən oğlununda xatirəsini əbədiləşdirmək üçün təşkil olunmuş tədbirin yayımında adının çəkilməməsi, haqqında bir kəlimə belə söhbət açılmaması ən azından Şəhidimizin ruhuna və tədbirə zəhmət çəkib gələn Şəhid vəlideyinlərinə "Space TV" kanalı tərəfindən böyük hörmətsizlikdir.

Biz VETENPERVERLER.Az olaraq məktəb kollektivinin və Əzizzadə Xaliq Həsən oğlunun atası Həsən müəllimdən də bu halla bağlı fikirlərini öyrənib işıqlandıracağıq. Bizə məktəbdən bildirildi ki, verlişin çəklişini həyata keçirən Müxbirlə əlaqə saxlayıblar. Müxbir bidirb ki, digər Şəhidin adının şəkilməsinə icazə verilməyib.



P.S. Vetenperverlr.az olaraq bu məsələ ətrafında araşdırmalarımızı davam etdiririk. Şəhidimizin valideyinlərinin və məktəbin müdriyyətinin verilişə münasibətini öyrənib işıqlandıracağıq. Əlavə olaraq "SpaceTV" kanalı ilə də məsələyə aydınlıq gətirmələri üçün əlaqə saxlayacağıq.

BİZİ İZLƏYİN
Səhv etmiriksə bu şəkildəkilərdə tədbirdə idilər:
Əzizzadə Xaliq Həsənoğlunun valideyinləri.

"SPACE TV" kanalı Aprel Şəhidimizin ruhunu incitdi-FOTO & VIDEO
"SPACE TV" kanalı Aprel Şəhidimizin ruhunu incitdi-FOTO & VIDEO
"SPACE TV" kanalı Aprel Şəhidimizin ruhunu incitdi-FOTO & VIDEO
"SPACE TV" kanalı Aprel Şəhidimizin ruhunu incitdi-FOTO & VIDEO
"SPACE TV" kanalı Aprel Şəhidimizin ruhunu incitdi-FOTO & VIDEO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi