azia.az
azia.az

VƏKİL ŞİKAYƏTÇİ RAHİB HÜSEYNOVUN YAZDIQLARINI BÖHTAN ADLANDIRDI

8-04-2017, 12:08

VƏKİL ŞİKAYƏTÇİ RAHİB HÜSEYNOVUN YAZDIQLARINI BÖHTAN ADLANDIRDI


«Təzadlar»ın ötən saylarında Bakı şəhər sakini Rahib Hüseynovun (həmçinin onun vəkili Sevil Hacıyevanın) keçmiş qaynatasının barəsində ittiham dolu şikayət ərizəsi dərc olunmuşdur. Dünən qarşı tərəfin vəkili tərəfindən redaksiyamıza təkzib (cavab) məktubu daxil olmuşdur. «KİV haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq qarşı tərəfin cavab haqqını taıyır və qanunun tələblərini əsas tutaraq aşağıda olduğu kimi təqdim edirik:

“Təzadlar” qəzeti redaksiyasına!

Hörmətli redaksiya! «Təzadlar» qəzetinin 04 aprel 2017-ci il tarixli sayında hüquqlarını müdafiə etdiyim Ə.Qocayevin şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayılmışdır, bu məlumatlar açıq-aşkar böhtandır. Yazılanlardan məlum olur ki, R.Hüseynovun barəsində 2013-cü ilin avqust ayından bui şlə bağlı istintaq aparılır və indiyə kimi R.Hüseynov verdiyi çoxsaylı izahat, ifadə və şikayətlərində, eləcə də vəkili S.Hacıyeva tərəfindən qaldırılan məsələlərdə, yaxud da Rahib Hüseynovun anası və atası tərəfindən edilən müraciətlərdə bir dəfə də olsun təmsil etdiyim şəxsin özünün, yaxud ailə üzvlərinin adını çəkməmişlər. Buradan belə bir sual yaranır ki, nədən son həftələrdə bu şəxslər aparılan istintaqda və məhkəmədə deyil, məhz KİV-lərdə məlum yazıları ilə fəallıq göstərir, canfəşanlıq edirlər? Onların məkrli niyyəti məlumdur. Kampaniya şəklində təmsil etdiyim şəxsə qarşı səfərbər olublar. Onların əsl niyyəti budur ki, təmsil etdiyim şəxs və ya onun ailə üzvləri ətrafında böhtanları yayıb qanunsuz təsir etməklə onlara maddi və digər kömək olunmasına nail olsunlar. Onlar bununla həm də özlərini qurban kimi göstərməyi hədəfləyiblər.

R.Hüseynovun səlahiyyətli orqanlara ünvanladığı və öz xətti ilə yazdığı 29.10.2016- cı il tarixli və notariat qadasında təsdiq etdirdiyi 31.10.2016-cı il tarixli ərizələri vardır. R.Hüseynov həmin ərizələrdə göstərir ki, təmsil etdiyim şəxsin və ya ailə üzvlərinin heç birinin onun düşdüyü vəziyyətdə iştirakı və ya günahı yoxdur. O, yazır ki, gələcəkdə də təmsil etdiyim şəxsə və ya onun ailə üzvlərinə qarşı heç bir əmlak və pul tələbi, yaxud şikayəti olmayacaq, əgər şikayət edərsə, məsuliyyət onun özünün üzərinə düşür. R.Hüseynov bu ərizəsini sərbəst olaraq öz iradəsi ilə notariusun hüzurunda yazıb imzası ilə təsdiq etmişdir. Qeyd edim ki, hazırda da Rahib Hüseynovun barəsində Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində AR CM-nın 178.3.2 (Külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işinin istintaqı aparılır.

Sonda bir daha qeyd edirəm ki, təmsil etdiyim şəxs barəsində böhtan yayan şəxslər aidiyyəti üzrə məhkəmədə xüsusi ittiham qaydasında şikayətə cavab verməli olacaqlar.

Mən sizə Rahib Hüseynovun öz xətti ilə yazdığı çoxsaylı yazılarının və notariusda təsdiq olunmuş ərizələrinin bir hissəsini təqdim edərəm və xahiş edirəm, “KİV haqqında” qanunun tələblərinə uyğun olaraq bizim mövqeyimiz kimi olduğu kimi dərc edin, qoy ictimaiyyət tanış olsun, Rahib Hüseynovun və onun böhtan və şər-şəbədə ilə məşğul olan komandasının əsl niyyətlərini bilsin, kimin haqlı, kimin haqsız olduğu cəmiyyətə bəlli olsun. Xahiş edirəm, nəzərə alasınız.

Hörmətlə,

Azər Quliyev, Bakı şəhəri, 11 saylı Hüquq Məsləhətxanasının vəkili

REDAKSİYADAN: Vəkil Azər Quliyevin readksiyaya təqdim etdiyi digər sənədlərin, həmçinin digər KİV yazılarının birgə müzakirəsi zamanı başqa bir maraqlı məsələ də diqqəti çəkib. Məlum olur ki, həqiqətən də bir müddət əvvəl R.Hüseynov mətbuatda çıxış edib, keçirdiyi mətbuat konfransında «Azərbaycandəmiryolu» İdarəsinin keçmiş rəisi Arif Əsgərovun və onun oğlu Elnar Əsgərovun, həmçinin Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun və oğlu Qoşqar Zeynalovun adını hallandırıb, ünvanlarına sərt ittihamlar səsləndirib. Və bu yazı və ya müraciətlərdə heç bir vaxt vəkil A.Quliyevin hüquqlarını müdafiə etdiyi Ə.Qocayevin adı hallandırılmayıb. Təbii sual yananır: bəs necə olur ki, indi birdən-birə R.Hüseynov və onun vəkili tərəfindən Ə.Qocayevin və ya ailəsinin adı intensiv surətdə hallandırılır, bir sıra ciddi ittihamlar səsləndirilir? Buna səbəb nədir??? Bəlkə hansısa gözəgörünməz gizli qüvvə aranı qarışdıraraq “bulanıq suda balıq tutmaq”, keçmiş qohumların arasındakı “nisbi sakitliyi” pozaraq hansısa niyyətini həyata keçirmək istəyir??? Bəlkə əksinə, həmin gözəgörünməz qüvvə həm də R.Hüseynovu nəyəsə inandıraraq ona əvvəlki ittihamlı ünvanlardan - «Azərbaycandəmiryolu» İdarəsinin keçmiş rəisi Arif Əsgərov və onun oğlu Elnar Əsgərovu, həmçinin Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və onun oğlu Qoşqar Zeynalovu “unutduraraq” yeni münaqişə ünvanı seçmək imkanı yaratmaq niyyətindədir??? Hər halda, istintaq gedir və tezliklə bu istiqamətdə də yəqinki bulanıq sular durulacaq, əsil həqiqət ortaya çıxacaq…

VƏKİL ŞİKAYƏTÇİ RAHİB HÜSEYNOVUN YAZDIQLARINI BÖHTAN ADLANDIRDI
VƏKİL ŞİKAYƏTÇİ RAHİB HÜSEYNOVUN YAZDIQLARINI BÖHTAN ADLANDIRDI
VƏKİL ŞİKAYƏTÇİ RAHİB HÜSEYNOVUN YAZDIQLARINI BÖHTAN ADLANDIRDI
VƏKİL ŞİKAYƏTÇİ RAHİB HÜSEYNOVUN YAZDIQLARINI BÖHTAN ADLANDIRDI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi