azia.az
azia.az

ABŞ Ukrayna ordusuna 150 milyon dollar ayırmaq istəyir

3-03-2017, 09:47

ABŞ Ukrayna ordusuna 150 milyon dollar ayırmaq istəyir


ABŞ-ın müdafiə büdcəsinin yeni layihəsində Konqresin Nümayəndələr Palatasının Təxsisatlar komitəsi Ukrayna silahlı qüvvələrinə dəstək məqsədi ilə 150 milyon dolların ayrılmasını təklif edib.

azia.az report-a istinadən xəbər verir ki, sənədin mətnində qeyd olunur ki, maliyyə yardımı 30 sentyabr 2017-ci il tarixinədək verilməlidir.
Bildirilir ki, vəsait ölkənin Müdafiə Nazirliyi və dövlət katibinin ixtiyarında olmalı və kadrların hazırlanması, avadanlıq tədarükü, müdafiə xarakterli letal silahların alınması, maddi-texniki təminat və s. məqsədi ilə istifadə edilməlidir.

Nümayəndələr Palatası qanunu nəzərdən keçirməli və bu büdcə layihəsi barəsində müvafiq qərar qəbul etməlidir. Sənəd təsdiq olunacağı təqdirdə, qanun növbəti mərhələdə prezident tərəfindən nəzərdən keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi