“Yerevan Madrid prinsiplərindən imtina etsə, Minsk qrupu danışıqlardan çıxacaq”
“Yerevan həm Azərbaycan, həm də Ermənistanın maraqlarına müəyyən mənada cavab verən kompromisə siyasi motivlərə görə hazır deyil”
Bu barədə MDB ölkələri İnstitutunun direktor müavini, Milli Strategiya Şurasının üzvü Vladimir Jarixin deyib.
“Ermənistan hakimiyyəti hazırki mərhələdə güzəştlərə hazır deyil. Onlar hesab edir ki, Qarabağ məsələsində getməli olduqları kifayət qədər ağrılı güzəştləri cəmiyyətə anlada bilməyəcəklər. Lakin Madrid prinsiplərindən imtina danışıqlar prosesinin dondurulması demək olacaq”.
Siyasi ekspertin fikrincə, Ermənİstanın Madrid prinsiplərindən imtinası ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasından çıxması ilə nəticələnəcək.
“Həmsədr ölkələr Madrid prinsiplərinin hazırlanmasına kifayət qədər vaxt sərf ediblər və indi Ermənistanın bu prinsiplərindən imtina etməsi fonunda danışıqlardan çıxaraq, prosesi Bakı və Yereavının öhdəsinə buraxa bilər”.(modern.az)