azia.az
azia.az

Vladimir Putin: “Bəzən İlham Əliyevlə razılığa gəlmək çətin olur...”

24-12-2021, 17:06


Rusiya prezidenti Vladimir Putin AzTV-yə müsahibəsində deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə razılığa gəlmək bəzən çətin olur, lakin razılaşmalar əldə olunarsa, o zaman onların icrasına əmin olmaq olar.
Vladimir Putin: “Bəzən İlham Əliyevlə razılığa gəlmək çətin olur...”
“İlham Əliyevin müsbət cəhətləri çoxdur, yubilyarlardan həmişə belə danışırlar. Ancaq buna baxmayaraq, onunla bəzi məsələlərdə razılığa gəlmək çətin ola bilər, bu, asan proses deyil, xüsusən də qarşılıqlı əlaqənin əsas məsələləri üzrə. Ancaq bir şeylə razılaşsanız, bu razılaşmaların yerinə yetiriləcəyinə əmin ola bilərsiniz", - Putin İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Prezident. Təkrarsız diplomatiya" filmində deyib.

Putin cümə günü AzTV-də nümayiş etdirilən filmdə qeyd edib ki, “bu, hər bir insan üçün son dərəcə vacib bir vəziyyət və son dərəcə vacib xarakter xüsusiyyətidir, lakin siyasətlə məşğul olan insan üçün bu, ikiqat vacibdir”.

“Mən Əliyevi uzun illərdir tanıyıram: ləyaqətli insan, xüsusən belə yüksək vəzifə tutan insan kimi, o, öz ölkəsi, öz xalqı üçün yaxşılıq etmək çalışır. Ona görə də, ilk növbədə, ona öz məqsədlərinin həyata keçirilməsində uğurlu olmasını arzulayıram”, - deyə Rusiya lideri əlavə edib.

Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatların dayandırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu qeyd edib.

“Rusiya burada vasitəçi kimi çıxış edirdi və mən şadam ki, Qarabağda atəşkəslə bağlı bu razılaşmalara nail ola bildik. Xüsusilə də prezident Əliyevin siyasi müdrikliyi hərbi əməliyyatların dayandırılmasına kömək edib”, - deyə Putin bildirib.

virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi