azia.az
azia.az

“FETÖ ilə mübarizəmizdə yanımızda duran tək dostumuz Azərbaycandır” - Səfir

22-07-2016, 06:59

“FETÖ ilə mübarizəmizdə yanımızda duran tək dostumuz Azərbaycandır” - Səfir “Hər mübarizəmizdə olduğu kimi, FETÖ ilə mübarizəmizdə də tərəddüdsüz yanımızda duracaq tək dostumuz Azərbaycandır”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Səfir bildirib ki, hüquq çərçivəsində ölkə daxilində bu təşkilata qarşı mübarizə davam edəcək: “Lakin ölkə xaricində də təşkilatlanmağa və yayılmağa çalışırlar. Ona görə də bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. Türkiyə Azərbaycanla hər mövzunu açıqlıqla danışır. Biz bu təcrübəmizi Azərbaycanla uyğun kanallarla paylaşmağa davam edirik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi