azia.az
azia.az

İsmayıl Alper Coşkun Amerikaya göndərilən sənədlərdən DANIŞDI

22-07-2016, 07:05

İsmayıl Alper Coşkun Amerikaya göndərilən sənədlərdən DANIŞDI “15 iyul gecəsi Türkiyədə gerçəkləşən hərbi çevriliş cəhdinin arxasında Fətullahçı Terror Təşkilatı dayanır. O şəxsin ekstradisiyası ilə lazımi sənədlər ABŞ-a göndərilib”.

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.

Səfir bildirib ki, ABŞ-dan əsas gözlənti göndərilən sənədlərə lazımi reaksiyanın verilməsidir.

Türkiyənin öz demokratiyasına sahib çıxan güclü dövlət olduğunu vurğulayan İ. A. Çoşkun ölkənin xarici siyasətinin dostluqların sayını artırmaq əsasında qurulacağını söyləyib: “Rusiya ilə təyyarə hadisəsindən sonrakı sıxıntılı dövrü geridə qoyduq. İsraillə münasibətləri də müsbət yöndə inkişaf etdirməyə davam edəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi