azia.az
azia.az

Videosu yayılan məktəb direktoru VİDEO

23-12-2020, 12:57

Videosu yayılan məktəb direktoru VİDEO
Sosial şəbəkələrdə 187 saylı məktəbin direktoru Nailə Məmmədova haqqında video yayılıb. Məktəb direktorunun özünə yubiley mərasimi keçirdiyi deyilir. Videodan aydın görünür ki, direktor sərt karantin qaydalarını pozaraq, 60 yaşını qeyd edib.
Hüquq mühafizə orqanlarında bildirilib ki, yayılan video ilə bağlı araşdırma aparılır. Onun köhnə, yaxud da yeni olması müəyyənləşdirilir.Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən kütləvi toplaşmaq, məclislər təşkil etmək qadağandır. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə nəzərdə tutulur.
Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhəri Sabunçu rayonu Maştağa kəndində yerləşən 187 saylı tam orta məktəbinin müəllimlərindən biri təhsil nazirinə məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş etmişdi.Şikayətçi məktəb direktoru Məmmədova Nailənin müəllimlərdən aylıq haqq tələb etdiyini, onları ağır sözlərlə təhqir etdiyini qeyd edirdi.
Adının açıqlanacağı təqdirdə direktorun təzyiqi ilə üzləşəcəyindən ehtiyat etdiyini vurğulayan məktub müəllifi 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın hər bayramda “bayrampayı” adı ilə şagirdlərdən müəyyən məbləğdə pul yığdırdığını, məktəbin xadimələrini evində qulluqçu kimi işlətdiyini də iddia edirdi. Nailə Məmmədovaya qarşı irəli sürülən başqa bir ittiham isə onun uşaqların 1-ci sinifə qəbulu, dərs bölgüsü, attestatların satılması, fond pulu, təmir pulu və s. məsələlərdə suçlanmasıdır.
Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Sabunçu rayon 187 saylı tam orta məktəblə əlaqə saxlanılanda isə özünü direktor müavini kimi təqdim edən direktor Nailə Məmmədova jurnalisti küçə söyüşləri ilə təhqir etmişdi. “Get işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa yaz! “Dux”un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib başına oyun açaram. Çox ayıb olsun. Sənin axmayan ağzına da ayıb olsun… Tərbiyəsiz!”
Qarşı tərəfi də dinləməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi