azia.az
azia.az

Koronavirusa görə toy günü xəstəxanaya düşən gəlin beş gün sonra öldü - FOTO

15-12-2020, 12:30

Koronavirusa görə toy günü xəstəxanaya düşən gəlin beş gün sonra öldü - FOTO

Azia.Az xəbər verir ki, ABŞ-da koronavirusa yoluxmuş gəlin toy günü xəstəxanaya düşüb, beş gün sonra isə ölüb.

29 yaşlı Stefani Linn Smit 31 yaşlı nişanlısı Ceymi Besset ilə Texasın Labbok şəhərində toy mərasimi keçirməyi planlaşdırmışdı. Məhz bu şəhərdə Ceymi Stefaniyə evlilik təklif etmişdi. Ancaq toy baş tutmadı.

Ceyminin sözlərinə görə, Stefani koronavirusu simptomsuz keçirib. O, dadbilmə hissini itirsə də, bunu əvvəllər də əziyyət çəkdiyi “Herpes Zoster” xəstəliyi ilə əlaqələndirib.

“Qızım toya görə bərk həyəcan keçirirdi. Həkimə müraciət etdikdən sonra ona müalicə yazıldı”, - deyə anası Oralya bildirib.

Dərmanlar kömək etmirdi, Stefaninin vəziyyəti isə günü-gündən pisləşirdi. Bu səbəbdən qız xəstaxanaya yerləşdirildi. Orada ona COVID-19 və sətəlcəm diaqnozu qoyuldu. Sonra o, təcrid olunmaq üçün evinə göndərilib. Bu müddətdə o, vitaminlər qəbul etməli, dincəlməli və qanda oksigenin miqdarını müəyyən etməli idi.

Bir neçə gündən sonra qız çox zəifləyib, bütün günü yatıb və demək olar ki, heç nə yeməyib. Səhəri günü amerikalının qanında oksigenin miqdarı kəskin düşüb, buna görə o, təcili tibbi xidmət şöbəsinə aparılıb. Əvvəlcə onun vəziyyəti həkimləri narahat etməsə də, sonradan halı pisləşir.

“Bu gün bizim toyumuz olmalı idi. Bunun əvəzinə isə Stefani xəstəxanada yatır və qanında oksigenin miqdarını artırmağa çalışırlar. Onu iki gündür görmürəm. Bu dəhşətlir. Heç kimə bunu arzulamıram”, - deyə Ceymi özünün “Facebook” səhifəsində yazıb.

İki gün sonra Stefaninin vəziyyəti kritikləşir, bundan sonra o intensiv terapiya şöbəsinə yerləşdirilir.

Səhəri gün isə həkimlər qızın nişanlısına və yaxınlarına onun öldüyü xəbərini verirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi