Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsi layihəsində neftin qiyməti bəlli olub.
Azia.az -ın Modern.aza istinadən əldə etdiyi məlumata görə, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti əvvəlcə 45 dollar səviyyəsində müəyyənləşdirilmişdi. Sonradan büdcəyə yenidən baxılanda neftin 1 barelinin qiyməti 55 dollara qaldırıldı.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri ötən həftə Nazirlər Kabinetində müzakirə olunduqdan sonra Prezidentə təqdim olunub.