azia.az
azia.az

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

Bu gün, 08:25

Türkiyə 1. Liqasının 2-ci turunda milli komandamızın üzvü Toral Bayramovun formasını geyindiyi "Bursaspor" öz meydanında "İğdır FK"nı qəbul edib.

Xəbər verilir ki, gərgin keçən qarşılaşma Bursa təmsilçisinin 1:0 hesablı minimal qələbəsi ilə yekunlaşıb.

Matçın taleyini həll edən yeganə qolu 16-cı dəqiqədə K. İheanaço vurub. "Bursaspor"un baş məşqçisi Mustafa Er oyunun ikinci hissəsində – 70-ci dəqiqədə Toral Bayramovu (Barış Gökün əvəzinə) meydana buraxıb.

Millimizin üzvü oyuna daxil olduqdan cəmi 2 dəqiqə sonra – 73-cü dəqiqədə VAR yoxlamasından sonra rəqib komandanın futbolçusu Alperen Səlvi birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Azlıqda qalan İğdır təmsilçisi matçın qalan dəqiqələrində hesabda tarazlığı bərpa edə bilməyib.

Kamil Xudiyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi