azia.az
azia.az

AFFA-nın prezdentindən millinin baş məşqçisi ilə bağlı ŞOK QƏRAR! - SON DƏQİQƏ

5-12-2024, 10:28

AFFA rəhbərliyi hamını şok edəcək qərar verməyə hazırlaşır.

Bununla bağlı redaksiyamıza yetərincə ciddi mənbələrdən yeni məlumat daxil olub.

Verilən informasiyaya görə, federasiya prezidenti Rövşən Nəcəf Fernandu Santuşu millinin baş məşqçi postundan uzaqlaşdırılmasıyla bağlı öz qərarını verib.

Dekabrın 14-də İcraiyyə Komitəsinin (İK) növbəti iclasının keçirilməsi nəzərdə tutulub və bu məsələyə orada nöqtə qoyulması gözlənilir.

Bildirildiyinə görə, AFFA başqanı fikrində qətidir və komitə üzvlərinin də onun mövqeyini dəstəkləyəcəyinə əmindir.

Rövşən Nəcəf yığmanın Millətlər Liqasının C Liqasında biabırçı nəticəyə imza atmasına hiddətlənib. I qrupunda keçirdiyi 6 oyunun 5-də məğlubiyyətin və yalnız

1 heç-heçənin qeydə alınması, nəticədə komandanın D Liqasına yuvarlanması qurumun birinci şəxsinə çox pis təsir edib.

Nəcəf ictimai rəyin əleyhinə çevrilməsindən pərişan olub, çünki əsas tənqid ucları ona yönəlib. Üstəlik, üst dairələrdən narazılıq dolu mesajlar alıb.

Santuş bu ilin yayında millinin başına gətirilib. AFFA portuqaliyalı mütəxəssislə 4 illik müqavilə bağlayıb. SPORTİNFO.AZ 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi