azia.az
azia.az

“Qarabağ” Çempionlar Liqasına məğlubiyyətlə başladı

6-07-2022, 09:04

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə start verib.
“Qarabağ” Çempionlar Liqasına məğlubiyyətlə başladı
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşanın “Lex” komandası ilə qarşılaşıb. İki komanda arasındakı ilk qarşılaşma Polşada – Poznanda keçirilib.

“Qarabağ” səfər matçından əlverişli nəticə ilə qayıtmağa çalışsa da, bu istəyinə nail ola bilməyib. “Lex” birinci hissənin 40-cı dəqiqəsində oyunda hesabı açıb. Bu qol matçın ümumi nəticəsini müəyyənləşdirib.

Çempionlar Liqasında mübarizəyə 0:1 hesablı məğlubiyyətlə başlayan “Qarabağ”ın cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi