Emil Balayev prezidentlə görüşdə niyə iştirak etməyib? - AÇIQLAMA
"Qarabağ"ın qapıçısı Emil Balayevin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə dünənki görüşdə iştirak etməsinin səbəbi müəyyənləşib.
Bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib ki, 27 yaşlı qolkiper Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda Bazel"ə qarşı İsveçrədə keçirilən matçdan (0:3) sonra Almaniyaya yollanıb. E.Balayevin qarın nahiyəsində yırtıq səbəbindən əməliyyatı vacib olub.
"Onun əməliyyat olunmasına qərar verildi. Emil Balayev bu gün Almaniyada əməliyyat olunacaq. Əməliyyatın uğurlu keçəcəyini və onun tezliklə komandamızın sıralarına qoşulacağını ümid edirik" - deyə G.Abbaszadə bildirib.