azia.az
azia.az

Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı idmançı diskvalifikasiya olunub

1-08-2021, 13:24


Fransanı təmsil edən Azərbaycan əsilli boksçu Murad Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında diskvalifikasiya edilib.
Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı idmançı diskvalifikasiya olunub
Xəbər verilir ki, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda hakimlərin qərarına əsasən Böyük Britaniya təmsilçisi Freyzer Klarka uduzub.

İlk raundda referilərdən 3-ü Əliyevin, 2-si isə Klarkın üstün olduğunu bildirib. İkinci hissədə Klarkın qaşı açılıb. Baş hakim hər iki boksçunu mərkəzə çağırıb və Əliyevin rəqibinə başı ilə xəsarət yetirdiyini söyləyib.

Boksçu isə buna kəskin şəkildə etiraz edib və dişliyi yerə çırpıb. Əliyev hətta sonda kameranı da itələyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi