azia.az
azia.az

"Suya dərman qatıb vermişəm, sonra mənimlə cinsi əlaqədə olub..." – Şok olay

5-02-2019, 15:37

"Suya dərman qatıb vermişəm, sonra mənimlə cinsi əlaqədə olub..." – Şok olay
Azia.xəbər verir ki,İttihama münasibət bildirən Orxan Mehrəliyev özünü təqsirli bilməyib.
Bakıda dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Orxan Mirəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib.

Həmçinin o, Abbas Bağırova məxsus, yuxarıda adı çəkilən torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək 10 min manat alıb.

Bundan başqa o, Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

O, Maman Nadirovdan 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

Sonra zərərçəkmiş şəxs qismində Xətai Yusubov ifadə verib. Onun sözlərinə görə, Orxan Mehrəliyevlə ortaq dostu Namiq adlı şəxsin vasitəsi ilə sosial şəbəkədə tanış olub.

O qeyd edib ki, təqsirləndirilən şəxsin məhkəmə işlərinin həllində hüquqşünas kimi köməklik göstərib: "Bizim çox yaxşı dostluq əlaqəmiz olub. Bir gün Orxan dedi ki, Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə vakansiya var, ona görə məndən əvvəlcə 100 min pul istədi. Biz 50 minə razılaşdıq, pulu da Orxana verdik.

Rizvan Abbasovun işlədiyi yerə gedib, danışdıq. O, məndən Ədliyyə Nazirliyindən arayış almaq üçün daha 2500 manat pul istədi. Həmin məbləği də onlara verdim. Bir qədər keçəndən sonra bildim ki, Müdafiə Nazirliyində boş yer yoxdur, aldanlıdığımı başa düşdüm".

Xətai Yusubov deyib ki, bu işə görə daha əvvəl Rizvan Abbasovla bağlı Hərbi Prokurorluğa müraciət edib: "Sonra işi Sumqayıt Prokurorluğuna göndərdilər. Mən əslində Orxana 67 min manat pul vermişəm, lakin istintaq orqanı mənim 52500 manat zərər çəkdiyimi qeyd edib. Orxan istintaqda ifadəsində deyib ki, guya evimdə ona suya dərman qatıb vermişəm, sonra mənimlə cinsi əlaqədə olub".

Hakim zərərçəkmiş şəxsin cinsi əlaqə ilə bağlı dediklərinin protokola qeyd edilməyəcəyini deyib: "Bu sizin şəxsi işinizdir, ittihama aidiyyatı yoxdur".

Növbəti proses fevralın 12-də davam edəcək.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi