azia.az
azia.az

İtən çeki yiyəsinə qaytardığı üçün 10 min dollar qazandı

29-11-2018, 08:09

Amerikada evsiz bir adam küçədə tapdığı 10 min dollarlıq çeki sahibinə çatdırınca həyatını dəyişdirəcək bir sürprizlə mükafatlandırıldı. Belə ki, çekin sahibi evsiz adama ev hədiyyə etdi.

Amerikanın Connecticut ştatındakı New Haven küçələrində tapdığı 10 min dollardan artıq bir çeki sahibinə çatdıran Elmer Alvarez çekin sahibi olan iş qadını Roberta Hoskie tərəfindən mükafatlandırıldı. Çeki itirdiyini Elmer Alvarezdən gələn telefonla fərq edən Hoskie Alvarezin evsiz olduğunu öyrənincə facebookdan ona təşəkkür etdiyi bir video yayımladı və video minlərlə dəfə görüntüləndi.

Keçmişdə özünün də bir müddət evsiz yaşamaq zorunda qaldığını söyləyən Roberta Hoskie “Mənə də həyatımı düzəltməm üçün biri yardım etmişdi. O səbəbdən də Elmeranın həm iş sahibi olması üçün təhsil problemini həll edəcəyəm və bu qış soyuqda qalmaq narahatlığı yaşamayacaq. Artıq onun da bir evi var” dedi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi