azia.az
azia.az

Bakıda ər arvadını oğlunun gözü qarşısında öldürdü

22-10-2018, 11:00

Bakıda ər arvadını oğlunun gözü qarşısında öldürdü

Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Hüseynov həyat yoldaşı Xoşqədəm Hüseynovanı Bakıda kirayə qaldıqları mənzildə qətlə yetirib.

Azia.Az-ın xəbərinə görə, bu barədə “Qafqazinfo” saytı məlumat yayıb.

Nəşr bildirir ki, F.Hüseynov həyat yoldaşına bıçaqla boğaz nahiyəsinə vuraraq öldürüb. Hadisə ailənin 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

Fazil Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi