azia.az
azia.az

Bakı-Ankara reysi təxirə salındı - Səbəb

20-05-2017, 17:17

Bakı-Ankara reysi təxirə salındı - Səbəb


Bu gün saat 16-da Bakıdan Ankaraya uçan təyyarə reysi təxirə salınıb.

azia.az bildirir ki, bu barədə Musavat.com-a həmin reyslə Türkiyəyə uçmalı olan sərnişinlərdən biri məlumat verib.

Verilən məlumata görə, reysin təxirə salınmasının səbəbi, təyyarə uçuşa hazırlanarkən bir qadının qəfildən fikrini dəyişib və uçmaq istəmədiyini bildirməsi olub. Qadın xəstə olduğunu, həyatında ilk dəfə təyyarəyə mindiyini, özünü pis hiss etdiyini və uçuşa dözə bilməyəcəyini deyib. Ona ilk tibb yardım göstərilib və müayinə olunub. Güman olunur ki, qadında aerofobiya (təyyarədə uçmaqdan patoloji qorxu) varmış və o, indi üzə çıxıb.

Bununla belə, beynəlxalq reyslərdə uçuşun təhlükəsizliyinə məsul olan şəxslər qadının sonda anda uçmaq istəməməsini ciddi qarşılayıblar.

Qaydalara görə, əgər bir xəstə təyyarəni uçuşdan bir az öncə tərk edərsə, bütün sərnişinlər də təyyarəni tərk etməli, yüklər boşaldılmalı, təyyarə diqqətlə yoxlanılmalıdır. Həmin prosedurun həyata keçirilməsinə başlanılıb və bu, reysin iki saat gecikməsinə səbəb olub.

Öz növbələrində həkimlər də xəstəni müayinə edərək yekun qərara gəliblər ki, qadın ürək xəstəsidir və uçuşla bağlı aşırı həyəcan onun həyatı üçün təhlükəli ola bilər.

Güman olunur ki, Bakı-Ankara reysi üzrə uçuş saat 18-də baş tutacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi