azia.az
azia.az

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə hücum edildi

7-04-2017, 12:22

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə hücum edildi


47 yaşlı kişi işçiləri hədələyərək seyfi açmağı tələb edib

Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın edənin şəxsiyyəti bilinib. İstiPress-in Cənub bürosunun məlumatına görə, basqın rayonun Alar kəndi ərazisindəki məntəqəyə edilib.

Ötən gecə saat 03 radələrində kənd ərazisində yerləşən "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib. İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk etsə də, rayon polis şöbəsi əməkdaşlarının keçirtdiyi operativ əməliyyat nəticəsində onun kimliyi məlum olub.

Bu,elə Alar kənd sakini 1970-ci il təvəllüdlü Hüseynov Əliməmməd Yəhya oğludur. Hazırda həmin şəxsin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi