azia.az
azia.az

Hadisə yerindən qaçan sürücü: "Polis rəisiyəm, rəhbərini çağır" - VİDEO

8-10-2021, 12:30

Hadisə yerindən qaçan sürücü: "Polis rəisiyəm, rəhbərini çağır" - VİDEO
Türkiyənin Aksaray bölgəsində avtonəqliyyat hadisəsi baş verib.

Azia.az Türkiyıə mətbuatına istinadla xəbər verir ki, 68 AAH 978 seriya nömrəli avtomobil idarəetmədən çıxaraq maşın zavodunun qapısına çırpılıb

Hadisədən sonra şok yaşayan 42 yaşlı sürücü Adəm A. qəza yerindən qaçıb.

Sürücü polislərin “saxla" əmrinə tabe olmayaraq qəzalı avtomobillə hərəkət edib.

Daha sonra polis tərəfindən saxlanılan sürücü müayinə olunmaq üçün xəstəxanaya aparılıb.
4 polis əməkdaşı və bir təhlükəsizlik işçisinin çətinliklə zəbt etdiyi şəxs polis rəisi olduğunu deyib:

“Mən polis rəisiyəm, rəis bura gəlsin. Sənin gedəcəyin yerin polis rəisi mənəm. Bu xəstəxana mənimdir, gedəcəyiniz polis bölməsi də mənimdir ".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi