"Qarabağ qazisi kasıblıqdan intihar etdi" - Rey Kərimoğlu
Cəbrayıl rayonundan olan Qarabağ qazisi Məmmədov Rövşən intihar edib, bu barədə məlumatı "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu yayıb.
"Əslən Cəbrayıl rayonundan olan Məmmədov Rövşən sonuncu dəfə 25 ildir ala bilmədiyi sığorta pulunu almaq üçün "Azərsığorta"ya gedib, verməyiblər. Orada əsəbləşib və gedib özünü asıb! Bu insan konkret olaraq kasıblıqdan əziyyət çəkdiyi üçün intihar edib! Qazilər arsında "köhnə", "təzə qazi", 1-ci, 2-ci müharibə ayrı-seçkiliyini dərhal dayandırmaq lazımdır!" - deyə bildirib.