azia.az
azia.az

Sumqayıtda 15 Qarabağ əlilini işsiz qoydular

4-12-2018, 11:44

Sumqayıtda Qarabağ əlillərinin idarə etdiyi 33 nömrəli marşrut avtobusları xəttən çıxarılıb.

AZİA.AZ BakuPosta istinadən xəbər verir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu sosial şəkədə yazıb. Bildirib ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qərar verib.

"Zakir Fərəcov 3 dekabr Beynəlxalq Əlillər Günüdə 15 nəfər Qarabağ əlilinin çörəyini kəsdi. Bu gün özlərinin təklif etdiyi 33 saylı marşrut xəttindən Qarabağ əlillərinin avtobuslarını çıxarıblar”

Həmin marşrut xətti üzrə avtobuslarla çalışan Qarabağ əlilləri də faktı təsdiq ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi