azia.az
azia.az

Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb

20-04-2016, 09:10

Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyindən verilmiş məlumata əsasən, bu il aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyidin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bununla əlaqədar, FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi