azia.az
azia.az

Bakıda mənzil fırıldağı: bir evi iki nəfərə satıblar

17-04-2016, 13:16

Bakıda mənzil fırıldağı: bir evi iki nəfərə satıblar Bakıda daha bir mənzilin iki nəfərə satılması ilə bağlı fakt üzə çıxıb. Lent.az-ın məlumatına görə, 1997-ci ildə Əfqanıstanda anadan olmuş və vətəndaşlığı olmayan Heydəri Əli Qulamsaxi şikayət ərizəsi ilə bildirib ki, yaşadığı R.Məmmədov küçəsi ev 20, mənzil 99-da yerləşən və “Birlik İnşaat” şirkəti tərəfindən tikilmiş evin 1969-cu il təvəllüdlü Əliyeva Çiçək Əkbər qızına da satılıb. Ə.Heydəri ona qarşı dələduzluq etmiş şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş edib.

Araşdırmalar nəticəsində məlum olub ki, mənzili adları yuxarıda qeyd edilən şəxslərə “Birlik İnşaat” MMC-nin keçmiş rəhbəri, hazırda Cinayət Məcəlləsinin 178, 308 və 313-cü maddələri ilə axtarışda olan iş adamı Tağıyev Elman Həsənqulu oğlu satıb.

Məsələ ilə bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi