azia.az
azia.az

Cavi Dan “Məhsəti”dən yazdı

15-01-2019, 16:10

Cavi Dan “Məhsəti”dən yazdı
Yazıçı CaviDanın “Məhsəti” adlı yeni romanı çap olunub. Əsər Azərbaycanın ilk xanım şairi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Roman 12-ci əsrin tanınmış Şərq mütəfəkkiri vəxeyriyyəçisi haqqında ilk irihəcmli bədii əsərdir. Roman üzərində bir il çalışdığını deyən Cavi Dan, Məhsəti haqqında əsər yazmağın təsadüf olmadığını deyir: “ Məhsəti Gəncəvi öz dövrü üçün çox müasir və fərql ixanım olub. Azərbaycanın ilk şair, musiqiçi, şahmatçı və dövrünün mükəmməl təhsilini almış qadındır. Bütün bildiklərini tədris etdiyi şəxsi məktəbi olub. Belə bir xanım haqqında çox az məlumat var. Məhsəti haqqında yazmaq ədəbiyyatımızda qadın xəttini öyrənməyə mənə kömək oldu. Bu gün Azərbaycanda ədəbiyyat sahəsində olan hər bir qadının ilk ustadı məhz Məhsəti Gəncəvidir”.
Cavi Dan “Məhsəti”dən yazdı
Romanda Məhsətinin Nigar Rəfibəylinin tərcümə etdiyi rübailərindən və Rafael Hüseynovun "Məhsəti necə varsa" kitabındakı məlumatlardan, xüsusən də "Əmir Əhməd və Məhsəti" dastanının süjet xəttindən istifadəo lunub. Tarixi janrda olan əsər də Məhsətinin həyatından, onun keşməkeşli və təzadlı ömür yolundan danışılır. “Məhsəti” müəmma hal sinə bürünmüş qeyri-adi qadın taleyindən bəhs edir. Kitabın redaktoru yazıçı-publisist Kərim Kərimlidir.
Qeyd edək ki, bu, CaviDanın sayca dördüncü kitabıdır. Yazıçı eyni zamanda Azərbaycanda və Öbəkistanda nümayiş etdirilən "Günəşim ol" və "Uçurum" teleseriallarının ssenari və süje tmüəllifidir.
Cavidan hazırda İmadəddin Nəsimiyə həsr etdiyi “Şəms” romanı üzərində çalışır. Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi