“Xalq Bank” ASC-də kadr dəyişikliyi olub
“Report” xəbər verir ki, Bankın idarələrindən birinin rəisi işdən azad edilib.
Məlumata görə, “Xalq Bank”ın İşlər İdarəsinin rəisi İbrahim Rzayev Bankdan ayrılıb. Qurumdan “Report”a verilən açıqlamaya görə, hələlik həmin vəzifəyə təyinat olmayıb.