Aksizli malların satışı ilə bağlı dəyişiklik – Fərman
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman verib
azia.az-ın president.az-a istinadən məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın 3.2-ci bəndində “(pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla)” sözləri “(pərakəndə satış istisna olmaqla)” sözləri ilə əvəz edilir.
Advertising 32
Bu Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.