azia.az
azia.az

Şərabçılıq məhsullarının sənədləşdirilməsi qaydası dəyişib

20-04-2016, 10:18

Şərabçılıq məhsullarının sənədləşdirilməsi qaydası dəyişib Nazirlər Kabineti “Şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi Qaydaları”na dəyişiklik edib.
Bu Qaydalar şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydalarını müəyyən edir.
Mülkiyyət formasından asılı olmayaraq, şərabçılıq məhsullarının yeni növləri və çeşidləri istehsala hazırlanarkən onların nümunələri bu Qaydalara əsasən dequstasiyadan keçirilir və sənədləşdirilir. İndiyə qədər şərabçılıq məhsullarının keyfiyyətini qiymətləndirmək üçün orta nümunələr və hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, statistik kodu, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi, bankın adı, malın kodu və həcmi göstərilməklə fəaliyyət növü, fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), malın kodu və həcmi göstərilməklə fəaliyyət növü, şərabçılıq məhsulu haqqında xüsusi məlumat (üzümün növü, istehsalat tarixi və texnologiyası), məhsulun əsas fiziki-kimyəvi göstəriciləri haqqında (tündlüyü, şəkərliliyi, turşuluğu, uçucu turşuluğu, ekstraktı) laboratoriya arayışı və müəssisənin attestasiyadan keçməsi barədə verilmiş şəhadətnamənin surəti sənədlər ərizə ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub. Dəyişikliyə əsasən bundan sonra və həmin məhsulun tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməməsi barədə sənəd də ərizəyə əlavə ediləcək.
Qeyd edək ki, dequstasiyaya təqdim olunmuş sənədlərə Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Dequstasiya Komissiyası tərəfindən baxılır, çatışmazlıqlar üçün əsas olmadıqda xüsusi kitabda qeydə alınır və 10 gündən gec olmamaqla dequstasiyanın keçirilməsi üçün qərar qəbul olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi