azia.az
azia.az

Törətmədiyi cinayətə görə 17 il həbs yatdı – Bir FOTO hər şeyi dəyişdirdi

9-09-2018, 07:55

Törətmədiyi cinayətə görə 17 il həbs yatdı – Bir FOTO hər şeyi dəyişdirdi

Törətmədiyi cinayətə görə 17 il həbs yatdı – Bir FOTO hər şeyi dəyişdirdi
ABŞ-ın Kanzas ştatında silahlı qarətçiyə oxşadığı üçün törətmədiyi cinayətə görə, 17 il həbsdə yatan sabiq məhkum 1,1 milyon dollar təzminat tələb edib.

Sfera.az xəbər verir ki, səhvin keçən il üzə çıxması ilə azadlığa buraxılan Riçard Entoni Cons təzminatdan əlavə günahsızlığının rəsmi şəkildə elan olunmasını tələb edib.

Cons 1999-cu ildə bir marketin avtomobil dayanacağında bir qadının mobil telefonunu almaq ittihamı ilə həbsə göndərilmişdi. Daha əvvəl məhkumluğu olan Cons hadisə baş verən gün ad günündə olduğunu deməsinə baxmayaraq, onu gördüyünü iddia edən şahidlərin ifadəsi ilə 19 il həbs cəzasına məhkum olunmuşdu.

Həbsxana yoldaşları onun cinayəti törətdiyi iddia olunan Riki Amos adlı adama çox oxşadığını deyiblər. Sonradan bu şəxsin fotosu tapılıb və hər ikisinin bir-birinə çox oxşadığı məlum olub. Aparılan araşdırmadan sonra Consun sevgilisi ilə ad günü yığıncağında olduğu məlum olub və o, 2017-ci ilin iyununda azadlığa çıxıb.

Cinayəti törədən Riki Amos həbs olunub. Lakin törədilən cinayətin üzərindən xeyli vaxt keçdiyinə görə barəsində cinayət işi açılmayıb.

Günahsız olduğu məlum olan Riçard Entoni Cons həbsdə qaldığı hər il üçün 65 min (ümumilikdə 1,1 milyon) dollar tələb edib. Bundan əlavə universitetdə pulsuz təhsil, uşaqlarına təhsil üzrə yardım, səhiyyə sığortası və psixoloji konsultasiya xidməti tələb edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi