azia.az
azia.az

10 yaşlı uşaq “intihar etməyə gedirəm” yazdı - İtkin düşdü

3-06-2017, 14:00

10 yaşlı uşaq “intihar etməyə gedirəm” yazdı - İtkin düşdü


Saatlı rayonunda azyaşlı kanala düşüb.

Xebefakt.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Baş Muğan kanalının Saatlı rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində 1 azyaşlının suya düşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunub. Axtarışlar davam etdirilir, əlavə məlumat veriləcək.

***

Virtualaz.org-un məlumatına görə, ötən gündən itkin düşdüyü üçün suda axtarışları aparılan uşaq 10 yaşlı Fərəcov Etibar Ramil oğludur.

Xaraktercə əsəbi olan uşaq evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına “intihar etməyə gedirəm” cümləsini yazaraq yoxa çıxıb. Evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalında uşağın ayaqqabısının bir tayı tapıldığından, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunur.

Hazırda FHN-nin müvafiq qurumunun dalğıc-xilasediciləri tərəfindən Mil-Muğan kanalında axtarış işləri aparılır. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi