Bazar günü böyük fəlakət olacaq (İDDİA)
ABŞ-da yaşayan xristian təriqətlərindən birinin üzvü David Meade sentyabrın 15-də (Bazar günü) dünyanı böyük fəlakət gözlədiyini bildirib.
Azia.az baku.ws-ə istənadən xəbər verir ki, onun bu iddiasına ABŞ mətbuatında geniş yer verilib.
David Meadenin iddiasına görə, qalaktikada varlığı isbatlanmayan X planeti Yer kürəsinə həddən artıq yaxınlaşması nəticəsində planetimizdə böyük fəlakətlər olacaq.
Onun sözlərinə görə, son vaxtlar ABŞ-da ciddi fəsadlara səbəb olan qasırğa və fırtınalar buna işarədir.
Lakin NASA alimləri isə bu iddianı təkzib edib.