Elmar Məmmədyarov makedoniyalı həmkarı ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srqan Kərim ilə görüşüb. Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanın BMT ilə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan-Makedoniya ikitərəfli münasibətləri müzakirə edilib.
Eyni zamanda qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.