Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub
İsveçrədə maskalı qrup Türkiyənin Sürixdəki baş konsulluğuna hücum edib.
İstiPress-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, maskalılar qan mənasını verən qırmızı boyaları konsulluğun pəncərə və divarlarına atıblar.
Həmin vaxt binada heç kim olmayıb. Naməlum maskalılar konsulluq binasının divarlarına “Ərdoğana ölüm (Kill Erdogan)” yazıblar.
Maskalıların hücum zamanı istifadə etdiyi boyaların rənglərinə görə ehtimal edilir ki, onlar PKK tərəfdarları olub.
Hadisə yerinə cəlb olunan təhlükəsizlik qüvvələri konsulluq binasını mühasirəyə alıblar.