ATƏT-in monitorinq missiyasının avtomobili Luqansk vilayətində minaya düşüb.
azia.az “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində təşkilatın ABŞ vətəndaşı olan əməkdaşı həlak olub, Almaniya vətəndaşı isə xəsarət alıb. Bu barədə Ukraynanın Antiterror Əməliyyatları Qərargahının mətbuat xidməti məlumat yayıb.