Paşinyan iqamətgahının təhlükəsizliyini gücləndirib
Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahına çoxlu sayda polis gətirilib.
“Report” bu barədə yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, polis bir neçə cərgədən ibarət baryer qurub.
Dünən paytaxt İrəvanın Respublika meydanında kütləvi etiraz aksiyası keçirilib. Mitinqə toplaşan nümayişçilər polisə müxtəlif əşyalar atmağa başlayıb. Nümayişçilər hökumət əleyhinə şüarlar səsləndirirlər. Aksiyaçılar polisə və hökumət binasına yumurta, butulka və daş atmağa başlayıblar. Polis bir neçə nəfəri saxlayıb.
Əraziyə əlavə polis qüvvələri cəlb edib.