azia.az
azia.az

Rusiyaya Trampdan BƏD XƏBƏR

22-04-2017, 15:47

Rusiyaya Trampdan BƏD XƏBƏR

ABŞ Maliyyə Nazirliyi Rusiyanın neft nəhəngi “Rosneft”lə əməkdaşlığa dair məhdudiyyətlərin ləğvi barədə “ExxonMobil”in müraciətini rədd edib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən xəbərdə deyilir.

Məlum olduğu kimi, 2014-cü ildə ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu ölkəyə neft sənayesində istifadə olunan qabaqcıl kəşfiyyat-qazma texnologiyaların çatdırılmasını, həmçinin Arktika da daxil olmaqla şelfdə neft sahəsində əməkdaşlığı qadağan edir.
Xatırladaq ki, ABŞ-ın hazırkı dövlət katibi Reks Tillerson Amerika neft nəhənginin keçmiş rəhbəri olub.

“ExxonMobil” rəsmi Vaşinqtonun tələbini yerinə yetirərək Rusiyada bəzi layihələrin icrasını 2014-cü ildə dayandırmalı olub. “Rosneft” və “ExxonMobil” arasında razılaşma 2011-ci ildə imzalanmışdı. Geoloji kəşfiyyat işlərinin Arktika şelfində və Qara dənizdə aparılması nəzərdə tutulurdu. Bu layihələrdə “Rosneft” və “ExxonMobil”in payı müvafiq olaraq 66,7 və 33,3 faiz təşkil edir. Şirkətlər arasında 2013-cü ildə imzalanmış müqavilə isə Rusiyanın daha yeddi yatağının birgə işlənilməsini nəzərdə tuturdu.

ABŞ-ın ardınca Avropa İttifaqı Arktika və Rusiyada şist yataqlarının işlənməsi, eləcə də neftçıxartma üzrə xidmətlərin göstərilməsini dayandırmağa qərar verib.

Arktikada neft-qaz yataqlarının işlənməsi üçün lazım olan müasir texnologiyalarına əldə edilməsində məhdudiyyətlər Rusiya iqtisadiyyatı üçün hazırda ciddi problemlər yaradır. Problem ondadır ki, Rusiyada son onilliklər ərzində bu istiqamətdə elmi araşdırmalar praktik olaraq ləğv edilib. Qərb texnologiyalarının alınması və Rusiya energetika layihələrinə dünya korporasiyalarının birbaşa cəlb edilməsi daha rasional hesab edilirdi.

Enerji sektoruna tətbiq olunan sanksiyalar Arktikanın mənimsənməsi və neftçıxarma texnologiyalarının yenidən qurulması üzrə proqramların inkişafında ciddi çətinliklər yaradacaq. Söhbət Rusiya şirkətləri və ölkə iqtisadiyyatına milyardlarla dollar zərərdən gedir.
Müasir avadanlıqların çatdırılmasının dayandırılması xüsusilə Rusiyanın Arktika qazının mənimsinilməsi layihələrinə mənfi təsir edəcək. Güman edilir ki, orta müddətli perspektivində Rusiyanın neft hasilatı 10 faiz azalacaq.

Ömər Dağlı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi