azia.az
azia.az

Çalxalanan İran məzhəb toqquşmasının astanasında: Sünnü əhali qiyama hazırlaşır

28-10-2022, 16:25


İranda 22 yaşlı Məhsa Əminin ölümündən sonra yaşanan gərginlik davam edir.
 
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, ölkənin ayrı-ayrı şəhərlərində lokal aksiyalar davam edir.
 
Lakin indi hökumət qüvvələrini narahat edən əsas məsələ ölkənin məzhəb toqquşması ərəfəsində olmasıdır. İranın sünni əhalisi artıq diskrimnasiyaya boyun əymək istəmir. Zahidan şəhərinin İmam-cüməsi Mövləvi Əbdülhəmidin toplantı keçirərək, İran hökuməti qarşısında müəyyən tələblər irəli sürməsi məhz belə qiymətləndirilir. 

Oktyabrın 27-də Məkki məscidində keçirilən toplantında xeyli sayda insan iştirak edib. Mövləvi Əbdülhəmid polis polkovniki tərəfindən bəluc əsilli qızın zorlanmasına etiraz olaraq sentybarın 30-da Zahidan şəhərində keçirilən aksiyaya qəddar müdaxilədən bəhs edib. Mövləvi Əbdülhəmid bu hadisənin araşdırılmasını  və İranın ali rəhbərliyi tərəfindən pislənilməsini tələb edib. Bəzi iddialara görə, İranın təhlükəsizlik qüvvələri  aksiya iştirakçılarına qarşı odlu silahdan istifadə edib və nəticədə 90 nəfər ölüb. 


Mövləvi Əbdülhəmid

Bu hadisə "Qanlı cümə” kimi yadda qalıb. Məlumat üçün  deyək ki, "Qanlı cümə” olayından sonra Sistan və Bəlucistan əyalətinin Təhlükəsizlik Şurası Zahidanın və bu şəhərin 16-cı polis bölməsinin rəislərinin vəzifələrindən azad edildiyini açıqlayıb. Təhlükəsizlik Şurası həmçinin bu  şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyi, sakinlərə və onların əmlakına dəymiş ziyanın kompensasiya ediləcəyinə söz verib. Lakin hələ ki, bu söz yerinə  yetirilməyib. 


Mövləvi Əbdülhəmid zaman-zaman İran rejiminə etiraz edən ruhanı kimi tanınıb. O, həm də İranın Ali rəhbəri Ayətullah Üzma Seyid Əli Xameneyiyə bir neçə dəfə məktub yazması ilə məşhurdur. Mövləvi Əbdülhəmid həmin məktublarda İranın sünni əhalisinin diskrimnasiyaya məruz qaldığını bildirib. İmam-cümə bildirib ki, ölkənin sünni əhalisi özünü ikinci dərəcəli vətəndaş kimi hiss edir. Çünki İranda sünnilər mühüm vəzifələrə təyinat ala bilmir. İran şiə ölkəsidir və bu məzhəb ölkə Konstituisyası ilə təsbit olunub. Bu baxımdan, İranda digər məzhəblərin nümayəndələri üçün kareyra qurmaq çətindir. İran vətəndaşı olmalarına baxmyaraq sünnilər prezident, vali, nazir kimi yüksək vəzifələrdə işləyə bilməz. 

Qadağalar təkcə bununla bitmir. Şiələrin kompakt yaşadığı şəhər və bölgələrdə sünnilərin məscidlərinin olmasına icazə verilmir. Məsələn, Tehran yaşayan sünnülər dini mərasimlər zamanı ibadətlərini küçədə etmək məcburiyyətində qalırlar. Bəzi məlumatlara görə, bu gün İranın sünni əhalisinin sayı 20 milyona çatır. Sünnilər əsasən, Kürdüstan, Sistan, Bəlucistan bölgələrində, Əhvaz, Xürrəmşəhr, Abadan və Xuzistan şəhərlərində kompakt yaşayır. 

İslam inqilabından sonra şiəliyin rəsmi məzhəb kimi elan edilməsi vaxtışırı sünnilərin hüquqlarının pozulmasına səbəb olub. Kürd əsilli Məhsa Əminin ölümündən və bəluclu qızın zorlanmasından sonra isə sünnilərin səbr kasası daşıb. 

Bu gün İrandakı etirazlar da əsasən sünni bölgələri əhatə edir. Təhlükəsizlik qüvvələri Zəhidandakı aksiyanı qəddarlıqla yatırmaqla sünnilərdə xof yaradılacağını düşünsə də, nəticə gözlənilməz olub. Mövləvi Əbdülhəmidin Məkki məscidində keçirdiyi toplantıya yüzlərlə insanın qatılması artıq sünnilərin geri çəkilməyəcəyini göstərir. Ehtimal olunur ki, proses davam etdikcə sünnilər daha kütləvi və daha təşkilatlanmış formada etirazlara başlaya bilər. Porsesə Mövləvi Əbdülhəmidin timsalında din xadimi rəhbərlik edirsə, ölkədə məzhəb toqquşmasının baş verəcəyi də istisna olunmur. 

Bəzi ehtimallara görə, əslində sünniləri tətikləyən elə İran hakimiyyətdir. Rəsmi Tehran hüquq və azadlıqların tələbi ilə keçirilən aksiyaları məzhəb toqquşmasına çevirmək və etirazları daha amansız şəkildə yatırtmaq üçün əsas yaratmağa çalışır. İstənilən halda bu gün çalxalanan İran həm də məzhəb toqquşmasının bir addımlığındadır. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi