azia.az
azia.az

Makronun fikirləri Fransa-Azərbaycan münasibətlərinə nə kimi təsir göstərəcək?

15-10-2022, 21:51




Fransa prezidenti Emanuel Makronun Azərbaycana yönəlik son ittihamları təbii ki,Azərbaycan tərəfində dərin qəzəbə səbəb oldu.Əvvala,biz nəinki indi,Sovet İttifaqının dagılmasından və Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra bilirik ki,rəsmi Paris həmişə birmənalı olaraq,Ermənistanın mövqeyini müdafiə edir.Hətta keçmiş prezidentlər;Fransua Mitteranın,Jak Şirakın,Nikola Sarkozinin və Fransus Olandın zamanından məlum olan bir həqiqət var ki,Yelisey sarayında,ümumiyyətlə bu ölkənin siyasi elitasında erməni diasporunun,lobbisinin ciddi təsir rıçaqları var.Konkret olaraq Emanuel Makronun mediaya verdiyi son açıqlamalara gəlincə,o,2020-ci ildəki 44 günlük müharibədə və sentyabrdakı son sərhəd provakasiyalarında birbaşa olaraq Azərbaycanı suçlayır və Bakını Rusiya ilə birlikdə "oyun"oynamaqda təqsirləndirir.Fransa prezidenti hesab edir ki,Azərbaycan Ermənistan ərazisini tutub və onun ölkəsi bu ölkənin maraqlarını qoruyacaq.Nəzərə alsaq ki,sentyabrın 7-də Praqada Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel,Ermənistanın baş naziri Nikol Paşinyan,Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Emanuel Makron arasındakı dördtərəfli görüşdən sonra Aİ Ermənistana 50 nəfərdən ibarət mülki missiya göndərəcək, o zaman Makronun son açıqlamalarının prosesə əngəl törədəcəyini proqnozlaşdırmaq mümkündür.Yəni,Makronun son fikirləri noyabrda Brüsseldə növbəti üçtərəfli görüşə də mənfi təsir göstərə bilər.Belə demək mümkünsə,Makron Aİ prezidenti Şarl Mişeli də pis vəziyyətdə qoyub.Bu qənaətə ona görə gəlmək olar ki,Azırbaycan prezidenti İlham Əliyev həm fransalı həmkarı Makronu yalan danışmaqda,küçə söhbətindən istifadə etməkdə günahlandırdı,həm də Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı rol oynaya bilməyəcəyini bəyan etdi.Hazırda Azərbaycan hökumıtinə yaxın mediada və parlament üzvləri arasında Fransa ilə siyasi və diplomatik münasibətlərə yenidən baxmaga,hətta Parisdəki Azərbaycan səfirinin geri çagırılması haqqında müxtəlif fikirlərə rast gəlmək mümkündür.
Diqqəti çəkən bir mıqam da budur ki,Fransa prezidenti bütövlükdə Azərbaycanı Rusiya ilə birlikdə hərəkət etməkdə günahlandırır.Hətta belə demək mümkündür ki,Makron Azərbaycanı ittiham edərkən,erməni tezislərindən də istifadə edir.Bu,isə Azərbaycan-Fransa münasibətlərinin yaxın gələcəkdə müəyyən qədər gərgin atmosferdə cərəyan edəcəyinə işarədir.İndi noyabrın ortalarında Fransa Senatında Azərbaycanın əleyhinə növbəti qətnamənin qəbul ediləcəyi gözlənilir.Hətta bunu İlham Əliyev də Astanadakı MDB zirvəsində dilə gətirdi.Əgər anti-Azərbaycan əleyhinə hər hansı qətnamə qəbul olunarsa,bu,Bakı-Paris arasında münasibətlərin biraz da gərginləşməsinə səbəb olacaq.Görünür,Makron A zərbaycanla münasibətlərin korlanmasını nəzərə alıb.Digər tərəfdən,növbəti mərhələdə Qərbdəki qrumların Azərbaycandakı insan hüquqlarının və demokratiyanın vəziyyəti haqqında tənqidlərini artacagını güman etmək olar.Və mümkündür ki,Qərb b u və ya digər dərəcədə Azərbaycanı avtoritar,Ermənistanı demokratik ölkə kimi göstərməkdə davam edəcək.Azərbaycan hökumətinin isə buna necə cavab verəcəyini indidən təxmin etmək mümkün deyil.Hələ ki,Əliyev hökuməti bu qış Avropadakı enerji böhranından istifadə edərək,müəyyən təzyiqlərini davam etdirəcək.Hazırki mərhələdə Makron özünü Avropanın lideri kimi görür və düşünür ki,Cənubi Qafqazda öz geosiyasi məqsədlərini realizə etmək üçün Ermənistana mütləq himayədarlıq etməlidir.Məqsəd aydındır:Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və Ermənistanı maksimum demokratik Qərbə inteqrasiya etməkdir.Hər halda,Rusiya da Fransanın bu geosiyasi iştahından xəbərsiz deyil.

Kamal Əliyev,
Sülh Araşdırmaları İnstitunun direktoru,politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi