azia.az
azia.az

İİB Azərbaycanı iqtisadiyyatın yeni modelinə keçiddə dəstəkləməyə hazırdır

29-01-2017, 10:42

İİB Azərbaycanı iqtisadiyyatın yeni modelinə keçiddə dəstəkləməyə hazırdır
İslam İnkişaf Bankı (İİB) Azərbaycan hökumətini iqtisadiyyatın neftdən asılı olmayan modelinə keçiddə dəstəkləməyə hazırdır

Bunu Trend-ə eksklüziv müsahibəsində İİB-in vitse-prezidenti Sayed Ağa deyib.

Vitse-prezident deyib ki: "Azərbaycan qlobal iqtisadi sistemin bir hissəsidir, amma hazırda təəssüf ki, yaxşı vəziyyətdə deyil. Bunun müxtəlif səbəbləri var: xammalın qiymətinin düşməsi, həm də siyasi və ticarət məsələləri. Belə vəziyyət Azərbaycan da daxil olmaqla, İİB-ə daxil olan bütün ölkələrə təsir göstərib".

Sayed Ağa qeyd edib ki, bu gün Azərbaycan hökuməti neftdən asılı olmayacaq, iqtisadiyyat modelinə keçid üçün addımlar atır:

"Xüsusilə, Bakıya səfər çərçivəsində [17-20 yanvar] biz iqtisadiyyat naziri ilə görüşlər keçirdik, burada bizi əczaçılıq daxil olmaqla müxtəlif sahələrdə istehsalın inkişafına dair planlar haqqında məlumatlandırdılar. Biz, həmçinin Kənd Təsərrüfatı Nazirliyində aqrar sektorun inkişafına köməyi və kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməyi də müzakirə etdik".

Azərbaycan İİB qrupuna 1992-cü ildə qoşulub. Əməkdaşlığın əvvəlindən bank ölkədəki layihələrə 1,3 milyard dollardan çox pul ayırıb. Hazırda Azərbaycanda təxminən 400 milyon dollar məbləğində layihələrin reallaşdırılması davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi