Obama prezidentliyinin son saatlarında Fələstinə pul göndərib – 221 milyon
Barak Obama prezidentliyinin son saatlarında Fələstinə 221 milyon dollar göndərib
Bu barədə “Assosiated Press” agentliyinə məlumatlı mənbələrdən bildiriblər.
ABŞ administrasiyası bununla bağlı Konqresi yanvarın 20-si, səhər saatlarında, Donald Trampın inauqurasiyasından öncə məlumatlandırıb.
Qeyd olunur ki, Respublikaçılar partiyası dəfələrlə Fələstin muxtariyyətinə maliyyə vəsaitinin ayrılmasının əleyhinə çıxış edib.(apa)