azia.az
azia.az

Kraliçasını “müstəmləkəçi” adlandırdı - Andiçmə mərasimində ŞOK ANLAR

2-08-2022, 07:48

Kraliçasını “müstəmləkəçi” adlandırdı - Andiçmə mərasimində ŞOK ANLAR
Avstraliyanın Yaşıllar Partiyasının üzvü Lidiya Torp Senatın yuxarı palatasına seçildikdən sonra and içmək üçün çıxdığı kürsüdəki çıxışında səsləndirdiyi fikirlər müzakirə mövzusuna çevrilib.
Xəbər verilir ki, avstraliyalı senator Böyük Britaniya kraliçasını “müstəmləkəçi” adlandırıb.

“Sadiq olacağıma və müstəmləkəçi kraliça II Elizabetə əsl sədaqət göstərəcəyimə təntənəli surətdə and içirəm”, - Torpun sözləri salonda təəccüb və çaşqınlıq yaradıb.

Çıxışdan sonra Torpun parlamentdəki həmkarları “Əgər bunu düzgün etməsən, senator olmayacaqsan” deyə qışqırıblar.

Senat sədri Syu Layns Torpdan lazımi qaydada yazılmış andı təkrarlamağı tələb edib. Bir qədər fasilədən sonra senator Torp “müstəmləkəçi” sözünü işlətmədən and içərək öz yerinə qayıdıb.

Torp daha sonra Tvitterdəki paylaşımında “Suverenlikdən heç vaxt imtina edilməyib” ifadəsini işlədib.

Senator bundan əvvəl Avstraliyanın müstəmləkə layihəsi olduğunu və bu ölkənin bayrağının soyqırımını təmsil etdiyini demişdi.

Kraliça Elizabet həm də İngiltərə Millətlər Birliyinin üzvü olan Avstraliyanın dövlət başçısıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi