Rəsmi Ankara Əhli-beyt (ə) davamçılarının Mosul əməliyyatında iştirak etməsinin əleyhinə çıxdı
Türkiyənin xari̇ci̇ işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, İraqda Mosulun azad edilməsinə dair əməliyyatları yerli qüvvələr keçirməlidir.
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Çavuşoğlu qeyd edib ki, Əhli-beyt (ə) davamçılarından ibarət könüllü dəstələrin bu əməliyyatda iştirak etməməsi daha məsləhət olar.
"Mosulda yerli qüvvələr mübarizə aparmalıdır. Əhli-beyt (ə) davamçılarının bu əməliyyatda iştirak etmələri sülh və əmin-amanlıq gətirməyəcək", - deyə o bildirib.
Qeyd edək ki, İraqın Silah Qüvvələri Xalq Könüllülərindən ibarət dəstə ilə birgə İŞİD terror qruplaşmasının İraqda sonuncu qalası olan Mosulu azad etmək üçün genişmiqyaslı anti-terror əməliyyatlarına başlayır. İlk olaraq Mosula Əhli-beyt (ə) davamçılarından ibarət könüllər dəstəsi birbaşa Mosula daxil olacaq.