Polşa Ukraynanın qərbini ələ keçirmək istəyir?
Polşa Ukraynanın qərbini ələ keçirmək istəyir?
Əvvəlcə onu vurgulamaqda fayda var ki,Lvov şəhəri daxil olmaqla Ukraynanın qərbi ikinci dünya müharibəsindən sonra SSRİ və Polşa arasında bölünüb.Həmin tarixə qədər bu ərazi Qalisiya adlanırdı.Bir az da geriyə getsək,birinci dünya müharibəsində Qalisiya Avstriya-Macarıstan imperiyasına aid olub.Lvov şəhəri isə mədəni və tarixi nöqteyi-nəzərdən Polşaya həmişə yaxın olub və əsas dini məzhəb də xristianlıgın kotolik qolu olub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada olarkən,belə demişdi ki,Polşa Ukraynada möhkəmlənmək istəyir.İlk dəfə Rusiyadan Polşanın Ukraynanın qərbində gözü olmasıyla baglı fikir aprelin sonunda ortaya atılmışdı.Həmin tarixdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkin bəyan etmişdi ki,Vaşinqton və Varşava Ukraynanın qərbində hərbi,siyasi nəzarət imkanları üçün planlar qurub.
Əlbəttə,Polşa hökuməti Rusiyanın iddialarını dezinformasiya və gülünc saydıgını bəyan etdi.İddialar Narişkinlə bitmədi,daha sonra Rusiyanın sabiq prezidenti Dmitri Medvedyev də bənzər iddiaları təkrar etdi.
Zənnimcə,rus siyasətçilərin bu sayaq fikrlərinin qaynagı Polşa prezidenti Andrzey Dudanın Kiyev səfərində"iki ölkə arasında onillər,hətta yüzillər sərhəd olmayacaq"deməsi olub.İndi D.Medvedyev Dudanın sözlərindən belə nəticə çıxarıb ki,Polşa tarixi torpaqlarını geri almaq niyyətindədir.O zaman A.Dudanın söylədiklərindən belə bir nəticə də hasil ola bilər ki,o,əslində,Ukraynanın Avropa İttifaqına üzv olacagına eyham vurub.Əminəm ki,D.Medvedyev Aİ ölkələri arasında dövlət sərhədlərinin olmadıgını bilməmiş deyil.Belə çıxır ki,D.Medvedyev özü-özünü trollayıb.
Daha sonra Ukrayna prezidenti Volodimir Zelenskinin baş müşaviri Mixaylo Podolyak belə fikir bəyanladı ki,onlar Polşanın dostluguna,Ukraynayı arxadan bıçaqlayacagına inanmırlar və hər ölkə Rusiya kimi barbar deyil.
Mayın 31-də Rusiya Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşev dedi ki,Polşa Qərbi Ukrayna torpaqlarını ələ keçirmək üçün həmlələrinə başlayıb.
Görünən budur ki,Rusiya özünü bu məsələdə haqlı çıxarmaq üçün onu demək istəyir ki,görürsünüz də,Ukrayna süni dövlətdir və ərazisini Polşaya peşkəş etmək istəyir.
Rusiya bir müddətdir ki,onu da davamlı olaraq tirajlayır ki,Macarıstan Zakarpatye bölgəsinə(Zakarpatyedə əsas etnos macarlardır) iddialıdır.Hətta yadınızdadırsa,Macarıstanın xarici işləri naziri Ukrayna prezidenti V.Zelenskini psixi problemləri olan biri kimi qələmə vermişdi.Macarıstandakı ümumi seçkilərdə qalib gələn baş nazir Viktor Orban da bəyan etmişdi ki,o,həm də V.Zelenskini məglub edib.
Görünən odur ki,Rusiya müəyyən etapda Polşayanı da vurmaga cəhd edə bilər.Dogrudur,Polşa NATO üzvüdür,ancaq eskalasiyanın miqyası genişlənərsə,tərəflər daha agır silahları işə sala bilərlər.İkinci dünya müharibəsi Almaniyanın Polşanı işgal etməsi(1939-cu il 1 sentyabr)ilə başlamışdı.Üçüncü dünya müharibəsi də Polşada start götürə bilərmi?
Yaşayarıq,görərik.
Kamal Aliyev, politoloq