azia.az
azia.az

Ermənipərəst spikerin əri tutuldu

30-05-2022, 09:18


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, ermənipərəst mövqeyi ilə seçilən Nensi Pelosinin əri Paul Pelosi şənbə günü gecə narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi iddiası ilə həbs olunub.
Ermənipərəst spikerin əri tutuldu


Paul Pelosi şənbə gecəsi Kaliforniyanın Napa dairəsində saxlanılıb.



Bildirilib ki, 82 yaşlı Paul Pelosi nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib, onun qanında spirtin miqdarı da normadan artıq olduğu üçün həbsxanaya göndərilib.



Şənbə günü yerli vaxtla saat 23:44 radələrində həbs edilən Pelosinin bazar günü səhər saat 04:13-dən 07:26-ya kimi həbsxanada qaldığı, sonra sərbəst buraxıldığı bildirilir. Pelosinin iki ittiham üzrə girovu 5 000 dollar olaraq təyin edilib.



Nensi Pelosi spiker kimi iştirak etdiyi mərasimdə ərinin həbsi ilə bağlı danışmaqdan imtina edib. Pelosinin Dryu Hammill "spiker bu xüsusi məsələni şərh etməyəcək", - deyib.



Qeyd edək ki, Nensi Pelosi ermənipərəst mövqeyi ilə seçilir.



Report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi