azia.az
azia.az

Finlandiya F-35 qırıcılarını ölkənin şimalında yerləşdirəcək

29-05-2022, 11:09



Finlandiya 2026-cı ildə ordunun istifadəsinə veriləcək ABŞ istehsalı olan beşinci nəsil F-35 qırıcılarını ölkənin şimalındakı Rovaniemi şəhəri yaxınlığındakı hava bazasında yerləşdirməyi planlaşdırır.
Finlandiya F-35 qırıcılarını ölkənin şimalında yerləşdirəcək
Xəbər verilir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ötən ilin dekabrında Finlandiya hakimiyyəti köhnəlmiş F/A-18-ləri əvəz etmək üçün ABŞ-dan 64 ədəd F-35 qırıcısı almaq niyyətində olduqlarını açıqlamışdı. Təyyarələrin ilk partiyası 2026-cı ildə Rovaniemidə, digərləri isə daha sonra ölkənin cənubunda yerləşdiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi