Saakaşvili xəstəxanaya yerləşdirildi
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilib.
Gürcüstan mediasına istinadən xəbər verilir ki, sabiq dövlət başçısı Rustavi şəhərində saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidəki Respublika xəstəxanasına köçürülüb.
M.Saakaşvilinin həbsxanadan klinikaya köçürülməsi ilə bağlı rəsmi açıqlama hələ verilməyib.
Qeyd edək ki, eks-prezidentin sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər. Bu tələblə Tbilisi, Batumi və Rustavi şəhərlərində aksiyalar keçirilib.
Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb.