azia.az
azia.az

ABŞ-da bu kovid vaksini ləğv olundu - Tromb yaradır

9-05-2022, 07:46


ABŞ-da bir sıra yan təsirə görə "Johnson&Johnson" tərəfindən hazırlanan COVID-19 peyvəndinin istifadəsini məhdudlaşdırılması qərarına gəlinib.
ABŞ-da bu kovid vaksini ləğv olundu - Tromb yaradır
Xəbər verilir ki, FDA-ya görə, dərmanı istifadə edərkən qan laxtalanma sindromunun inkişaf riski artır.

Həkimlər "Johnson&Johnson" peyvəndinin istifadəsindən sonra tromboz hallarını müəyyənləşdiriblər. Bundan sonra peyvəndin məhdudlaşdırılması barədə qərar qəbul edilib. Qərardan sonra 18 yaşdan yuxarı amerikalılara ABŞ tərəfindən təsdiqlənən digər peyvəndlərdən vurulacaq.

Qeyd edək ki, "Johnson&Johnson" şirkətinin peyvəndi 2021-ci ilin fevral ayından istifadə edilir, bundan əlavə, ABŞ-da Moderna və Pfizer peyvəndlərindən istifadə olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi