Kadırov özünü biabır etdi: Tutulduğu bəyan edilən kənd cəbhə xəttindən 100 km aralıdadır - FOTO/VİDEO
![]()
Çeçenistan lideri Ramzan Kadırov Ukraynadakı qoşunlarının "qələbələrindən” danışaraq, növbəti dəfə özünü "Tik-Tok”da biabır edib. Bu dəfə o, Luqansk vilayətinin Svetliçnoye kəndinin tutulduğunu bəyan edib. Məsələ burasındadır ki, bu yaşayış məntəqəsi 8 ildir əvvəl separatçılar tərəfindən tutulub.
Çeçenlərin "qələbəsi” haqqında mesaj Kadırovun "Telegram” hesabında yer alıb:
"Svetliçnoye qəsəbəsi tamamilə azad edilib. Əziz qardaşımız general-mayor Şarip Delimxanovun rəhbərliyi ilə çeçen döyüşçülərinin koordinasiyalı hərəkətləri sayəsində quldurların azğınlaşdığı daha bir ərazini mütləq nəzarətə götürmək mümkün olub”.
![]()
O, "təmizləmə əməliyyatı”nın aparıldığını, daha sonra isə "humanitar tədbirlər” görüləcəyini bildirib.
2014-cü ildən Svetliçnoye kəndi "LXR” yaraqlıları tərəfindən işğal olunub. Yeri gəlmişkən, Svetliçnoye real döyüş yerlərindən 100 km-dən çox məsafədə yerləşir.